Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək niyyətinə dair məlumatlardan xəbərsiz olduğunu bəyan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç bir şərh verə bilmərik”, - deyə Ərdoğanın administrasiyasından agentliyə bildiriblər(qafqazinfo).