Türkiyənin Adana şəhərində qarpızın qiyməti 1-2 TL-yə (4-8 qəpik) enməsi fermerləri qəzəbləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qiymətin kəskin ucuzılaşmasına etiraz edən bir qrup fermer sahələrdəki qarpızları normal qiymətə sata bilməmələrinə etiraz olaraq, onları yerə vuraraq qırıblar.
Məlumata görə, marketlərdə 15 TL-yə satılan qarpızın onlardan 4-5 qəpiyə alınmasını qəbul edə bilmədiklərini deyən fermerlər aidiyyatı orqanlardan məsələyə "əl qoymaları"nı tələb ediblər.
Zülfiyyə
MİA.AZ