"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb.
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, b u gün klub rəhbərliyi ilə 35 yaşlı hücumçu Çiro İmmobile arasında görüş olub.
Görüşdən sonra onun müqaviləsinə xitam verilib.
Xatırladaq ki, hücumçu "Beşiktaş" formasıyla 41 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə verib.
Fərid ASLAN
MİA.AZ