Ölkədə təbii qaz itkisinin dəyəri son 5 ayda yarımmilyard manata yaxınlaşıb.

Mia.az xəbər verir ki, bu sensasion məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında bildirib.

O, təşkilatın ekspertinə istinadla yazıb: "Statistikaya nəzər saldıqda bu qənaətə gəlmək olar ki, ixtisar (Son aylar "Azəriqaz"da fəhlə təbəqəsinin kütləvi ixtisarı yaşanır - Mia.az) çilingərlər üçün deyil, qazı havaya "ucuran" rəis, baş mühəndislər üçün olunmalidir!

Beləliklə, "Azəriqaz" İB-də :

- 5 aylıq qazın qəbulu 4 666 936 080 m3 (dörd milyard altı yüz altmış altı milyon doqquz yüz otuz altı min səksən m3)

- Qazın satışı 4 212 758 974 m3 (dörd milyard iki yüz on iki milyon yeddi yüz əlli səkkiz min doqquz yüz yetmiş dörd m3 )

- Qazın itkisi 454 177 106 m3 (dörd yüz əlli dörd milyon bir yüz yetmiş yeddi min bir yüz altı m3)

Məlumat üçün deyək ki, qaz itkisisin böyük bir qismi Bakı və Sumqayıt ərazisinə aidiir. Bu ərazilərdə 2025-ci ilin 5 ay ərzində 269100359 m3 (iki yüz altmış doqquz milyon bir yüz min üç yüz əlli doqquz m3);

-Xacmaz rayonu üzrə 9370854 m3 (doqquz milyon üç yüz yetmiş min səkkiz yüz əlli dörd m3)

- Göycay rayonu üzrə 8859351 m3 (səkkiz milyon səkkiz yüz əlli doqquz min üç yüz əlli bir m3)

- Masallı rayonu üzrə 8838053 m3 (səkkiz milyon səkkiz yüz otuz səkkiz min əlli üç m3)

- Lənkəran şəhəri üzrə 8195928 m3 (səkkiz milyon bir yüz doxsan beş min doqquz yüz iyirmi səkkiz m3)"

Firudin Səfərli

MİA.AZ