"Gələn həftə İranla danışacam, ola bilsin, Tehranla razılaşdıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NATO Liderlər Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransında söyləyib.
O, İsraillə İran arasındakı savaşı "12 günlük müharibə" adlandırib: "Sonra biz tarixi atəşkəsə nail olduq. İrana qarşı mükəmməl əməliyyat keçirdik. Onların bir daha bir-birinə hücum edəcəklərini düşünmürəm. Dəfələrlə demişəm, İranın nüvə silahı ola bilməz. ABŞ ordusu nüvə obyektlərinə mükəmməl bir əməliyyatla zərbə vurdu. Dünyada bunu ancaq ABŞ edə bilərdi və etdik"
Daha sonra Avropa ölkələrinin özlərinin təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıyacağını vurğulayan Tramp deyib ki, Ukraynada şəhərlər vurulur, insanlar öldürülür: "Buna son qoyulmalıdır. Mən bunu onlarla dəfə demişəm. NATO ölkələrini tpplayacağı pul silahlara xərclənəcək. Bu silahlar da ABŞ istehsalı olacaq. Çünki dünyanın ən yaxşı silahlarını biz edirik. Putinin Ukraynadan kənarda da regional ambisiyaları var. Hər kəs ABŞ ilə razılaşmaq istəyir. Biz böyük ölkəyik. Putin zor və çətin adamdır. Zelenski ilə də bəzi problemlərim var idi. Rusiya-Ukrayna müharibəsini bitirmək İran-İsrail münaqişəsini bitirməkdən daha çətindir. Müharibəsi 24 saata bitirəcəm deyəndə, təbii ki, 24 saatı nəzərdə tutmadım. Bu çətin savaşdır..."
Samir Musayev
MİA.AZ