Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Məlumata görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun hərbi hissələrdən birinin komandiridir.
General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.
Unikal saytı yazır k, o, cəmi 1 il içərisində həm polkovnik, həm də general-mayor rütbəsinə yüksəlib.
Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovunn qardaşıdır.
Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir(qafqazinfo).
Fotoda: İdris Məhərrəmov
Fotoda: Elgün Əliyev
Hazırladı: Aslan Vəliyev