Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmov

polkovnik Vasif Tofiq oğlu Xəlilov

polkovnik Elnur Sadıq oğlu Kazımov

polkovnik Elgün Aqil oğlu Əliyev.

***

Prezidentin digər sərəncamı ilə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.