İranın paytaxtı Tehrandakı Evin həbsxanası İsrail tərəfindən vurulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi Mizan Xəbər Agentliyinə Evin Həbsxanasının vurulduğunu təsdiqləyib
Bildirilib ki, həbsxanasının bəzi bölgələrində dağıntı var: "Bu hücumdan sonra həbsxanada guya qarışıqlıq hökm sürməsi barəd deyilənlər isə yalandır. Vəziyyət nəzarət altındadır".
Xəbərdə o da deyilir ki, siyasi məhbusların saxlandığı Evin həbsxanası pilotsuz təyyarə ilə vurulub.
İsrailin xarici kəşfiyyat xidməti MOSSAD X sosial media hesabında hücumun görüntülərini paylaşıb. Görüntülərdə həbsxanadan tüstü qalxır.
Tahir Şəlvəli
MİA.AZ