Bu gün Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Erakçını Kremldə qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə İrana hücum əsas müzakirə olunub.
Rusiya mətbuatı yazır ki, Putin görüşdə İsrail və ABŞ-ın İrana hücumlarını qəbuledilməz sayıb: "Bu hücum heç bir əsası olmayan, səbəbsiz təcavüzdür. Biz bu prosesi diqqətlə izləyirik...".
Putin Rusiya və İranın etibarlı əlaqələrə malik olduğuna xatırladraq deyib ki, İran xalqına kömək etmək üçün səy göstərir: "Rusiyanın Yaxın Şərqdə baş verən proseslərə yanaşması bəllidir. İrana edilən hücumlar, dediyim kimi, əsassız və səbəbsiz təcavüzdür. Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə bəyan edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz".
Erakçi isə Rusiyanın "tarixin doğru tərəfində olduğu"nu da qeyd edərək, bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı hərəkətləri qeyri-qanunidir: "İranın özünü qorumaq haqqı var. Bu hərəkətləri pislədikləri üçün rusiyalı həmkarlarımıza minnətdarıq...".
Firudin Səfərli
MİA.AZ