İsrail-İran müharibəsinin 11-ci günü şiddətli toqquşmalarla başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhərə yaxın İsraill qırııcları müxətlif bölgələrindəi hərbi hava limanlarını bombardman edib.
Məlumata görə, nəticədə ümumilikdə İranın 15 döyüş təyyarəsi və 1 helikopteri məhv edilib.
lsrail ordusu faktı təsdiqləyib. Bildirilib ki, İran rejiminə məxsus F-14, F-5 və AH-1 tipli ümumilikdə 11 döyüş təyyarəsi yararsız hala salınıb.
İran isə buna cavab olaraq, İsrailə 10-dan çox raket buraxıb. İlkin məlumata görə, onların hamısı havada zərərsizləşdirilib.
Bu arada isə indiyə qədər "biz İranda iqtidarı dəyişilməsinə can atmırıq" deyən ABŞ prezidenti Donald Tramp maraqlı mesaj verib.
O, ölkədəki dini rejimin devrilməsinə müsbət baxdığını gizlətməyib: "Ola bilsin ki, “rejim dəyişikliyi” ifadəsini xüsusi işlətmək siyasi baxımdan düzgün olmaz, amma indiki Tehran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə dəyişməsin ki?!”.
İran lideri Ayətullah Əli Xameneinin müşaviri Şamxani isə İsrailin son hücumu və ABŞ liderinin son mesajına qəbuledilməz sayıb. O, bundan sonra ABŞ -ın bölgədəki hərbi bazalarının qanuni hədəfləri olacağını bəyan edib.
Firudin Səfərli
MİA.AZ