Bu gün İran İsrailə növbəti raket hücumu həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu yerli əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda insanlar sığınacaqlara getməyə çağırılıb.
Məlumatda deyilir ki, İsrail ordusunun daxili cəbhə komandanlığı Tel-Əviv və onun ətraf ərazilərində həyəcan siqnallarını işə salıb: "Telefonlara SMS göndərilib, əhalidən təcili sığınacaqlara getmək göstərişi verilib"
Məlumata görə, xəbərdarlıqdan dəqqiələr sonra paytaxtın səmasında partlayış səsi eşidilib.
İsrail fövqəladə hallar xidməti İran raketlərinin havada vurulduğunu açıqlayıb: "İtkilər barədə hələlik məlumata sahib deyilik..."
Firudin Səfərli
MİA.AZ