"İranı taqətdən salmaq müharibəsinə sürüklənməyəcəyik, lakin aydın şəkildə ifadə etdiyimiz məqsədimizə çatana qədər dayanmayacağıq"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Netanyahu ABŞ-ın İranın nüvə obyektlərini bombalamasına münasibətdə deyib.
O, Qüdsdə müqəddəs "Ağlama divarı"nda dua etdkdən sonra jurnalistlərə bildirib ki, İrana və ümumiyyətlə, İsrailin təhlükəsizliyinə təhdid yaradan istənilən ölkəyə hücum çəkiləcək: "ABŞ-ın İranın nüvə obyektlərinə hücumu alıqşa layiqdir. ABŞ ordusu çox böyük iş gördü. "Ulu öndərimiz ABŞ prezidenti Donald Trampa şapka çıxarmalıyıq. Fordoya böyük ziyan vurdular. Hər kəs bilsin ki, biz də İrandakı hədəfimizə yetişənə qədər hücumda olacağıq. Biz məqsədə yetənə qədər lazım olandan tez hücumu bitirməyəcəyik. Biz qarşımıza qoyduğumuz tapşırığı yerinə yetirməyə çox yaxınlaşmışıq. Bitirəcəyik!".
Tahir Şəlvəli
MİA.AZ