İsrailin İrana hücumlarının 9-cu günündə intensiv toqquşmalar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran gecə yarısı İsrailin hava hücumuna cavab olaraq paytaxt Tel-Əvivi raket atəşinə tutub.
İsrail mediası yazır ki, bu səbəbdən səhrə qədər Təl-Əvivdə yenidən həyəcan siqnalları işə düşüb: "İran gecə saatlarında Təl-Əvivə cavab hücumu həyata keçirib. Görünən odur ki, bəzi raketlər hava müdafiə sistemlərini yenə dəlib. Nəticə etibarı ilə Təl-Əvivdə çoxsaylı partlayış səsləri eşidilib. Bir binanın damında yanğın olub..."
Lamiyə Əhmədli
MİA.AZ