İyunun 13-də İsrailin İrana 200-dən çox qırıcı ilə başlayan hücumundan sonra tərəflərin toqquşması artan xətlə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tehran ötən axşam İsraildə yerləşən "Kanal 14" telekanalına xəbərdarlıq edib. 

İran dövlət televiziyası tərəfindən yayımlanan xəbərdarlıqda "Kanal 14"ün İsrailin baş naziri Binyamin Netanyahunun təbliğat kanalı olduğu və terrorizmi dəstəkləyən mərkəz kimi tanındığı vurğulanıb: "O kanal artıq hədəfdir, təcili boşaldın, işçiləri təxliyə edin".

Savaşın pik nöqtəyə çatdığı bir ərəfədə isə İsrailin baş naziri Binyamin Netanyahu maraqlı açıqlama verib: "Hazırda etdiklərimiz Yaxın Şərqi və dünyanı dəyişəcək".

İsrail mətbuatına müsahibəsində Netanyahu bildirib ki, həm vaxt, həm də nəticələr baxımından planlanmış qrafikdən çox irəlidədirlər: "İranın sürətlə nüvə gücünə doğru irəlilədiyi açıq-aşkardır. Çox doğru və vaxtından bir azx əvvəl qərar verərək, bunu dayandırdıq. İrana hücum fövqəladə planla məqsədə tamamilə çatana qədər davam edəcək".

Baş nazir "Hizbullah"ın lideri Həsən Nəsrullahın Tehranda öldürülməsinin İranın "oxu"nu pozduğunu iddia edib: "İndi İranda geriyə nə qaldı ki? Biz İranın raket sistemlərinin yarısından çoxunu məhv etmişik. Əhəmiyyətli olan onların nə qədər raketlərinin olması deyil, nə qədər buraxılış meydançasının olmasıdır. Demək olar ki, hədəfimizə çatırıq".

Samir MUSAYEV
MİA.AZ