"İsrail rusiyalı mütəxəssislərin çalışdığı Buşəhr Atom Elektrik Stansiyasından uzaq durmalı və İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təşkil olunmuş mətbuat konfransında deyib.

O, İrana hücumu Yaxın Şərqdə ən təhlükəli vəziyyət adlandırıb: "İsrail BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına zidd olaraq İrana qarşı təcavüz edib. Biz bu hücumu qınayır və qəbuledilməz sayırıq. Bunun regional və qlobal təhlükəsizlik üçün ağır nəticələri ola bilər. Bu hücumları yalan və müxtəlif bəhanaələrə hıyata keçirməkdə utancvericidir. İsrailin dinc nüvə obyektlərinə hücumları qətiyyən qəbuledilməzdir. Bu, beynəlxalq təhlükəsizliyə qəbuledilməz təhdidlər yaradır və dünyanı nüvə fəlakətinə sürükləyir. Bunun nəticələri İsrail də daxil olmaqla hər yerdə hiss olunacaq. Biz İsrail administrasiyasını İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmağa çağırırıq. Üstıəlik, rusiyalı mütəxəssislərin işlədiyi Buşehr elektrik stansiyasının təhlükəsizliyi barədə xəbərdarlıq edirik. İsrail ümumiyyətlə, zorakılığı dayandırmalı, atəşkəs və sülhün bərqərar olmasına dönməlidir"

Zaxarova sonda ABŞ-a da xəbərdarlıq edib: "İsrail və İran arasında münaqişəyə qarışmasınlar. Yoxsa nəticəsi çox ağır olar"

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ