İspaniyanın baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampın üzv ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizini müdafiə xərclərinə ayırması təklifini rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu haqda 24-26 iyun tarixlərində Haaqada keçiriləcək NATO Sammiti ərəfəsində NATO-nun baş katibi Rutteyə məktub göndərib.

Məktubda müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması tələbinə qarşı çıxan Baş nazir müdafiə xərclərini artırmaq hər bir hökumətin müstəqil haqqının olduğunu bildirib və bu tələbin İspaniyanın suveren hüququna zidd olduğu qeyd olunub. O, tələbə əməl etməyəcəklərini açıq formada xüsusi vurğulayıb: "Müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırılması tələbi İspaniya üçün qeyri-kafidir. Bu, İspaniyanın rifah vəziyyəti və prinsipləri ilə uyğun deyil".

Baş nazir sonda dünyada və ölkəsində inflyasiya təzyiqləri, ticarət zəncirində yaranmış böyük dalğalanmalar və investisiya sıxıntılarının artdığı bir vaxtda mövqelərinə haqq qazandırıb və Baş katibdən bu mövqelərini mütləq dəyərləndirmələrini istəyib.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ