İsrail qırıcıları bu gün səhərə yaxın həyata keçirdiyi hücumda İran ordusunda böyük nüfiuz sahibi olan Baş Qərargah rəisi Məhəmməd Baqiri də həyatı ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İran dövlət televiziyası təsdiqləyib.

Bildirilib ki, onunla yanaşı, ordunun daha bir neçə yüksək vəzifə mənsubu həlak olub.

Xatırladaq ki, bundan əvvəl İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami və  nüvə alimləri - Məhəmməd Mehdi Tehrançı və Feridun Abbasinin də həlak olmaları haqda xəbər təsdiq edilib.

Samir MUSAYEV
MİA.AZ