İsrailin bu gün səhərə yaxınİranı bombalaması neft ölkələrinin xeyrinə işləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumdan sonra neftin qiyməti 7 faizdən çox qalxıb.
Məlumat üçün qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti Bakı vaxtı ilə saat 05:10-da 7,40 faiz artaraq 74,49 dollar olub.
Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 7,86 faiz artaraq 73,39 dollara çatıb.
Azərbaycan nefti isə 77 dollara yaxınlaşıb.
Lamiyə Əhmədli
MİA.AZ