"İranın nüvə probleminin diplomatik yollarla həlli yanaşmasına sadiqik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumu ilə bağlı yaranan genişmiqyaslı müharibə ehtimalının davam etdiyi bir məqamda deyib.
ABŞ prezidenti bildirib ki, İrana hücum əvəzinə diplomatik yol istəyir: "İranın nüvə problemini diplomatik yollarla həll etmək əzmimiz davam edir. Heyətimizə İranla danışıqlar aparmaq tapşırılıb. İran böyük bir ölkə ola bilər, amma bunun üçün ilk növbədə nüvə silahı əldə etmək ümidini tamamilə kəsməlidir. Təkrar edirəm, İran heç vaxt nüvə silahına sahiblənə bilməz! Mən İranla razılaşmaq istəyirəm. Biz razılaşmaya çox yaxınıq. Müqavilə bağlamağı üstün tuturam və nə qədər ki, mən bir razılaşma olduğunu düşünürəm, İsraili dinc durmasını istəyirəm. Çünki bunun hər şeyi məhv edəcəyini düşünürəm".
Lamiyə Əhmədli
MİA.AZ