Xəbər verdiyimiz kimi, iyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.
Mia.az Baku TV-ə istinadla xəbər verir ki, doğmalarının sözlərinə görə, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.
İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.
Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər.
"11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.
Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilib, kanala suyun verilişi dayandırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.