Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC avtomobil alır.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, ASC “Toyota Camry 2.5 I Hybrid” markalı avtomobil almaq üçün 78 000 manat xərcləyəcək.

Qurum və “Toyota Bakı Mərkəzi” MMC arasında müqavilə bağlanılıb.

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.