Dünən İran müdafiə nazirinın “Əgər ABŞ bizə hücum edər və savaş başlayarsa, bölgədəki bütün Amerika bazaları hədəfimiz olacaq. Əmin olun, onlar daha çox itkiylə üzləşəcək" xəbərdarlığının mürəkkəbi qurumamış rəsmi Vaşinqton gözlənilməz addım atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatdan sonra Tehran və Vaşinqton arasında müharibənin ayaq səsləri daha çox səslənməyə başlayıb.

Məlumata görə, İranın təhdidini və bölgədə savaş ehtimalını yüksək sayan ABŞ ilk əvvəl Bağdaddakı səfirliyini boşaltmağa qərar verib.

Ağ Ev xəbəri təsdiqləyib və məlum olub ki, ABŞ ordusu da İrana qarşı ilk həmlə üçün bu və bölgədəki hərbi bazalarla bağlı təxliyyənin yekunlaşmasını gözləyir.

İraq Xarici İşlər Nazirliyindən Bağdadda ABŞ səfirliyinin təxliyəsini regional gərginliklə bağlı olduğunu təsdiqləyib.

ABŞ Dövlət Departamenti isə Bağdaddakı səfirlik personalı üçün uçuş vaxtlarını müəyyənləşdirildiyini açıqlayıb.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə bildirib ki, Bağdaddakı səfirliyinin boşaldılması bölgədəki gərginlikə əlaqəlidir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə ABŞ Müdafiə nazirindən Yaxın Şərqdə xidmət edən ABŞ əsgərlərinin ailələrinin əvvəlcə bölgədən təxliyəsini apardıqlarını təsdiqləyib: "Biz isə Yaxın Şərqdə yüksələn gərginliyi çox yaxından izləyirik"

Adı açıqlanmayan ABŞ rəsmisi isə yerli mediaya deyib ki, Bəhreyndəki ABŞ əsgərlərinin ailələri və bəzi personalda bölgədə artan gərginlik fonunda ABŞ-a geri gətiriliblər

Müharibə sədasının qorxu saldığə bir məqaamda isə İran prezidenti Məsud Pezeşkiandan diqqət çəkən bir açıqlama gəlib.

O, ABŞ və Avropanın nüvə məsələsində İrana təzyiqininmənasız olduğunu qeyd edib: "ABŞ-ın bizim mülki nüvə araşdırmalarından da imtinanı tələb etməsi zorbalıqdır. Bu, qəbulolunmazdır və olmayacaq. Biz danışıqlar aparacağıq, lakin heç vaxt tiranlığa boyun əyməyəcəyik. Dinc məqsədli tədqiqatlarımızı dayandırmağa heç vaxt razı olmayacağıq. Onlar kimlərdir ki, bizə bütün nüvə sənayemizi dağıdın deyirlər?!".

ABŞ prezidenti Donald Tramp isə "New York Post" qəzetinə İranın istər dinc, istərsə savaş məqsədli nüvə razılaşmasından yayındığını deyib: "Tehranın nüvə razılaşmasının əldə olunmasını gecikdirir. Onlara nəsə olub. Bilmirəm".

Lamiyə Əhmədli
MİA.AZ