Bu gecə İstanbulda zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 03.33-də epsentri İstanbulun Büyükçekmece rayonu istiqamətində Mərmərə dənizi sahillərinə təsadüf edən 3,5 bal gücündə zəlzələ olub.
Zəlzələ təxminən 8,36 kilometr dərinlikdə yaranıb, itki və dağıntı olmayıb.
Lamiyə
MİA.AZ