Türkiyənin U-19-lardan ibarət millisinin baş məşqçisi Sabri Sarıoğliu istefaya göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, qarşılıqlı razılaşma əsasında o, vəzifədən yola salınıb.
Sarıoğu isə istefaya getməsini belə açıqlayıb: "Ay-ulduzlu formanı 150 dəfədən çox geyinib, daha sonra bu müqəddəs vəzifədə baş məşqçi kimi işləməyin qürurunu əbədi olaraq daşıyacağam. 2 ildən artıqdır birlikdə çalışdığım komanda yoldaşlarıma və milli komandanın heyətinə təşəkkür edirəm..."
Fərid ASLAN
MİA.AZ