ABŞ prezidenti Donald Tramp Çinlə tarif problemini həll etdiklərini bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Tramp Çinlə razılığa gəldiklərini qeyd edib. Bildirib ki, ABŞ 55 faiz, Çinin isə 10 faiz tarif tətbiqinə "hə" deyib: "Razılaşmaya mən və Çin sədri Si Cinpin imza atacağıq. Bundan başqa, Çin tərəfindən nadir torpaq elementlərinin təminatı davam edəcək. Biz isə bunun əvəzində çinli tələblərin  viza problemini də aradan qaldıracağıq".

Firudin Səfərli
MİA.AZ