"Qalatasaray"ın Almaniyanın "Bavariya" ilə müqaviləsi başa çatan məşhur futbolçunu transferini bitirmək üzrədir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbul klubu "Qalatasaray" "Bavariya"dan Leroy Saneni transfer etmək üzrədir.
Fransa mətbuatı hətta "Qalatasaray"ın Saneyə ödəyəcəyi maaşı da yazıb: "Sane "Qalatasaray"la 3 illik müqavilə imzalayacaq. Bunun üçün futbolçunun illik maaşı da bəllidir. Ona 11 milyon avro illik maaş veriləcək".
Fərid ASLAN
MİA.AZ