Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təkliflərini rədd edən Viktor Osimhenin transferi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyənin "əl-Hilal" klubu Osimhenə  illik 45 milyon avro maaş təklif etsə də, o, ərəb komandasına "yox" deyib.

İtaliya mətbuatı isə yazır ki, Osimhenin cəlbedici təklifi rədd etməsinin yalnız bir səbəbi var: "O, Premyer Liqada top qovmaq arzulayır. Bunun üçünsə “Mançester Yunayted”in təklifini gözləyir. İngilis klubu isə onu daha əlverişli qiymətə almaq üçün götür-qoy edir. Variantlaran biri də Osimhenin hüquqi sahibi olduğu "Napoli"ni qismən az pul və üzərində Joshua Zirkzee verməklə yola gətirməkdir. "Napoli" isə oyunçu əvəzlənməsini rədd edir. Klub transfer üçün minimum 75 milyon avro tələb edir..."

Fərid ASLAN
MİA.AZ