“Böyük bir açıqlama verəcəyəm” deyən ABŞ prezidenti Donald Tramp Şimali Karolinada gülləkeçirməz şüşə arxasından əsgərlərə müraciət edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Kaliforniyadakı miqrantlara qarşı əməliyyata görə başlayan iğtişaşları təsadüfi saymayıb.

Tramp bildirib ki, iğtişaşları və onun iştirakçısı olan dəstələri maliyyələşdirənlər var: "Ölkəmizin xarici düşmənlər tərəfindən işğalına icazə verməyəcəyik. ABŞ bayrağını yandıranlar həbsxanaya düşməlidir. Biz bunun üzərində işləyirik".

Prezident daha sonra ABŞ ordusunun məğlubedilməzliyindən söz açıb:

"Biz çox güclü ordu ilə qarşı-qarşıyayıq. ABŞ ordusu çox güclü ordudur. Əgər ABŞ olmasaydı, indi hamı almanca danışardı. Bəlkə də bir az yaponca danışırdıq. Amma biz o vaxt müharibədə qalib gələrək buna imkan vermədik. Əlbəttə, şənbə günü də bu günü qeyd edəcəyik. Bundan sonra biz öz əzəmətimizi - qələbəmizi dövlət səviyyəsində qeyd etməyə başlayacağıq. Tariximizdəki ən güclü Amerika ordusunu - iki yüzillik ordusunu qeyd etməyə davam edəcəyik. ABŞ ordusu17750ci ildən indiyə ölkəmizin qarşısına çıxan bütün düşmənləri məhv edib. Bəli, Amerika ordusu ilə döyüşməyə cəhd edən hər kəs məhv edilib. Ordumuz bir çox imperiyalarla, çoxlu terror təşkilatları ilə üz-üzə gəlib, bundan sonra da əsgərlərimiz qalib gələnə qədər dayanmayacaqlar. 

Düşmənlərimiz Amerika ordusunun nə qədər dominant bir güc olduğunu bilir. Amerikanı, Amerika xalqını, Amerika ordusunu təhdid etməyə cəsarət edən hər kəs Amerika ordusunun tam gücü ilə üzləşəcək. Bəli, çox gözəl səslənmir, amma belədir".

ABŞ lideri çıxışına yenidən Kaliforniyada - Los - Ancelesdəki vəziyyətə toxunub: "Mən əvvəlcə Los-Ancelesdəki, Kaliforniyadakı vəziyyət haqqında danışmaq istəyirəm. Biz bura minlərlə Milli Qvardiya hərbçisi göndərdik. Biz özümüzü qorxunc kütlənin hücumundan qorumaq istəyirik. Onlar radikal solçulardır. Təbii ki, bunu deməyimi istəmirlər, sən bunu deyəndə xoşlarına gəlmir. Bəli, Kaliforniyada şahidi olduğumuz şey ölkəmizə qarşı hərtərəfli hücumdur. Bayraqlarımıza hücum edirlər və xarici qüvvələr hazırda ölkəmizin işğal etməyə çalışırlar. Bəli, illərdir, bildiyiniz kimi, heç bir yoxlamasız, xaricdən immiqrasiya statusu ilə ölkəmizə soxulublar. Təbii ki, bu çox axmaq siyasət idi. İndi o adamlar səkiləri dağıdıb, daşlarını bizim əsgərlərə, polislərə atırdılar, maşınları yandırırlar. Onlar polis əməkdaşlarına hücum edirlər. Onlar vətənini sevən, vətənə xidmət edən dövlət qulluqçularına hücum edirlər. Onlar zireh və maskalar taxaraq federal binalara hücum edirlər. Bunu açıq şəkildə maliyyələşdirən insanlar var. Hazırda Ədliyyə Nazirliyi bununla bağlı araşdırma aparır. Bu avadanlığı onlara kim verir, kim maliyyələşdirir? Biz araşdırırıq. Biz bu anarxiyanın davam etməsinə imkan verməyəcəyik. Biz federal binalarımıza, federal əməkdaşlarımıza hücuma imkan verməyəcəyik. Bu təxribatçıların böyük əksəriyyəti Bayden administrasiyasının bacarıqsızlığı səbəbindən ölkəmizdədir. Bəli, dünyanın hər yerindən həbsxanalardan və dəlixanalardan çxanlar doluşub ölkəmizə. Dəstə başçıları gəldi, narkotik alverçiləri gəldi. Onlar ölkəmizin əmin-amanlığını pozmağa gəliblər. Mən indi sərhədlərimizi və federal binalarımızı qorumaq üçün yerləşdirilən əsgərlərimizi alqışlamaq istəyirəm. Kaliforniyadakı vətəndaşlarımızın respublikamızı qorumasını həqiqətən yüksək qiymətləndirirəm. Onlar qəhrəmandırlar. Onlar işğalı dayandırırlar. Bəlİ. siz əsgərlər ölkəmizin işğalını dayandırırsınız!".

Samir MUSAYEV
MİA.AZ