"Kəpəz" komandasında yeni baş məşqçi təyinatı olub.
Mia.az xəbər verir ki, klub Adil Şükürovla iki illlik müqavilə imzalayıb.
Qeyd edək ki, baş məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.
Adil Şükürov Gəncə kollektivində futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.