Yeni mövsümə güclü heyətlə qatılmağı planlayan "Beşiktaş" "Fənərbaxça" ilə müqaviləsi başa çatan Osayi-Samuellə danışıqları müsbət sonluqla bitirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər bir neçə günə razılaşma müqaviləsinə imza atacaqlar.
Məlumatda deyilir ki, bununla yanaşı, “Ağ-qaralar”a hazırda Almaniyanın “Bayer”ində çıxış edən Qranit Xaka təklif olunub.
Bildirilib ki, "Beşiktaş" 32 yaşlı Xaka ilə bağlı təklifi müsbət qarşılayıb:
"BeIN Sports"un xəbərinə əsasən, gələn həftə Xakanın transferi ilə bağlı danışıqlara start veriləcək.
Fərid ASLAN
MİA.AZ