Ağdam Rayon İcra Hakimiyyətinin Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Dəyəri 205 min manat olan satınalmanın ləğv edilməsinin səbəbi açıqlanmayıb.