Məşhur futbolçu Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ulduz hücumçu 2,5 ildir formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Məlumata görə, 40 yaşlı futbolçu "Əl-Nassr"la yeni müqavilə imzalayacağı haqda xəbəri təsdiqləyib.
Qeyd edək ki, “Əl-Nassr”ın heyətində ümumilikdə 105 matça çıxan Kriştiano Ronaldo 93 qol vurub, 19 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ