ABŞ prezidenti Donald Trampın Harvard Universitetinə qarşı "hücumu" davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, universitetə büdcədən ayrılmış 2.2 milyardlıq vəsaiti donduran Tramp bu dəfə universistetin əcnəbi tələbələrin vizasına qadağa qoyub.
Məlumata görə, Donald Tramp bugünki qərarı ilə Harvard Universitetinə xarici tələbə vizalarını 6 ay müddətinə dayandırıb.
Ağ Ev bu qərarı milli təhlükəsizliklə əlaqələndirib.
Harvard bu qərara sərt reaksiya verib. Universitet rəhbərliyi bunu Trampın ali məktəbə qarşı “qisas”ı kimi qiymətləndirib: "Biz həm universitetin, həm də əcnəbi tələbələrimizin hüquqularını müdafiə edəcəyik".
Xatırladaq ki, Harvarda Fələstini müdafiə edən aksiyalardan sonra Tramp bu universiteti "qaralayıb".
Samir MUSAYEV
MİA.AZ