Ötən mövsümün əvvəlində "Fənərbağça"ya keçən Cenk Tosunyeni komandasından da ayrılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsas heyətə məşqçi heyətinin qərəzi səbəbindən düşə bilmədiyini düşünən Cenk Tosunla artıq superliqanın 6-7 komandası maraqlanmağa başlayıb.

Məlumata görə, superliqaya yeni yüksələn“Kocaelispor”, “Fatih Karagümrük”, o cümlədən “Eyüpspor” və “Antalyaspor” Cenk Tosunu heyətinə qatmaq üçün yarışırlar.

Bildirildiyinə görə, Tosuna ən yaxşı şərtləri isə “Fatih Karagümrük” təklif edib: "Həm maaş, həm müqavilə müddəti, həm də şəraitlə bağlı Karagümrük klubu daha səxavətli davranır. Böyük ehtimalla o, bu komanda ilə anlaşacaq".

Fərid ASLAN

MİA.AZ