Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma 3 partlamamış bomba aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ istehsalı olan 3 bombanın məhv edilməsi üşün bölgəyə mütəxəssislər hadisə yerinə cəlb olunublar.
Məlumata görə, təxliyə əməliyyatı çərçivəsində Reyn çayı üzərindəki körpülər bağlanıb, qatarların hərəkəti dayandırılıb, evlər, eləcə də 58 otel, muzey, məktəb, xəstəxana, qocalar evləri və qocalar evləri boşaldılıb: "Bundan sonra bombalar məhv edilib".
Zülfiyyə Mustafayeva
MİA.AZ