"Sivasspor"la müqaviləsi başa çatan baş məşqçi Rıza Çalımbay vida mesajı yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, deyib:

"Təəssüf ki, hədəflədiyimiz nəticəni əldə etmək mümkün olmadı. Futbolun təbiətində belə çətinliklər var, önəmli olan təslim olmadan mübarizəni davam etdirməkdir. “Sivasspor”a sədaqət və hörmətimlə bu prosesdə mənə güvənən “Sivasspor” rəhbərliyinə, meydanda mübarizə aparan futbolçulara və çətin günlərdə də bizimlə olan dəyərli azarkeşlərimizə təşəkkür edirəm. Mən ürəkdən inanıram ki, Sivassporu böyük uğurlarla dolu gələcək gözləyir. Mən tam əminəm ki, bu köklü cəmiyyət birlik və qətiyyətlə daha çox qələbələr qazanacaq. “Sivasspor”a hər zaman yüksəlməyi və layiq olduğu uğurlara imza atmasını ən səmimi arzularımı bildirirəm."

Fərid

MİA.AZ