"WhatsApp" istifadəçilərinə yeni imkanlar açır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, platforma rəhbərliyi istifadəçilərin məxfiliyinin qorunması istiqamətində çoxdan gözlənilən addımı həyata keçirməyə hazırlaşır. 

Bildirildiyinə görə, platforma Telegram və Signal kimi istifadəçi adı sistemini tətbiqinə keçid edəcək. Yəni, istifadəçilər telefon nömrələrini paylaşmadan profilini yaradaraq rahat ünsiyyətə girib söhbətə başlayacaq: "İstifadəçi adı daha sonra dəyişdirilərsə, profil şəkli və ya nömrə dəyişikliyi kimi, bu məlumat sistem mesajı kimi mövcud çatlarda paylaşılacaq".

Lamiyə Əhmədli
MİA.AZ