Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

Tenderin dəyəri 18 522 080 AZN olub.