Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində ın ikimərtəbəli fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, hadisə yerində 4 nəfərin - 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır meyitləri aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə edilib.

MİA.AZ