"Qalatasaray"ın komandada qalmasına çalışdığı nigeriyalı hücumu Viktor Osimhenin transferi ilə bağlı dalana dirənib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Viktor Osimhen İstanbul klubunda oynamaq istədiyini deyib və çox ağır şərt irəli sürüb.
Türkiyə mətbuatı yazır ki, "Napoli"dən icarə əsası ilə ötən mövsüm İstanbul komandasında top qovan nigeriyalı hücumçu klubdan 5 illik müqavilə və illik 20 milyon avro maaş tələb edir: "O, "Qalatasaray"dan bu istəyinə müsbət cavab alarsa, komandada qalacağnı deyib. Problem isə ondadır ki, türk klubu bu transferi həyata keçirmək üçün onun mənsub olduğu "Napoli" klubuna da 75 milyon avro ödəməlidir..."
Fərid ASLAN
MİA.AZ