"Fənərbağça"nın sabiq futbolçusu və hazırda şərhçilik edən Volkan Dəmirəl maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, vaxtilə qapısını qoruduğu komandanın baş məşqçisi olan Mourinyonun köməkçi məşqçisi vəzifəsi ilə bağlı sualı da cavablandırıb.

Dəmirəl "Onun tabeliyində işləyərsən?" sualına "yox" cavab verib: "Bundan sonra heç kimin tabeliyində olmaq istəmirəm”.

Xatırladaq ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun köməkçiləri vəzifələrindən ayrılıb. Klubun əfsanələrindən sayılan Volkan Dəmirəlin adı da onun köməkçisi postuna hallanıb.

Fərid ASLAN
MİA.AZ