“Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin laboratoriya üçün tibbi sərf mallarının alınmasına xərcləyəcəyi vəsaitin həcmi açıqlanıb.
Məlumata görə, Mərkəz malların alınmasına 1 190 727 AZN sərf edəcək.
Qurum “Azəri Med” QSC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, sözügedən QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir(pravda.az).
Onu da qeyd edək ki, bu şirkət əsasən Milli Onkologiya Mərkəzinin hər biri milyonlarla dəyəri aşan şübhəli tenderlərinin dəyişməz qalibi kimi tanınır.