Türkiyə prezident Ərdoğanın “Ən böyük arzum Tramp, Zelenski və Putini İstanbul və ya Ankarada bir araya gətirməkdir” çağırışına Amerikadan müsbət cavab gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın daha sonra Trampdan daha bir istəyib olub.
O, bu görüşün keçiirlməsini vacib sayıb: "Əslində, qəbul etsələr, cənab Trampla bir araya gəlib İstanbulu mərkəzə çevirmək istərdim. Yekun görüşdən sonra bu istiqamətdə addımlar atacağıq”.
Ərdoğanın çağırışına ABŞ-dan "hə" cavabı gəlib.
Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini bir araya gətirmək təklifinə müsbət yanaşma var: "Prezident Tramp belə bir görüş imkanı olarsa, ona açıq olduğunu, lakin hər iki liderin (Rusiya və Ukraynanı nəzərdə tutur - Mia.az) eyni vaxtda masa arxasında əyləşməsini istədiyini dedi. Tramp liderlər səviyyəsində görüşün sülh prosesinə töhfə verəcəyinə inanır"
Firudin Səfərli
MİA.AZ