Tqürkiyəli məşhur qəssab Nusreti Fransanın PSJ komandasının bayram tədbirindən qovublar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çempionlar Liqasının çempionu PSJ-nin bayram gecəsinin keçiriləcəyi məkana gələn Nüsrət heç gözləmədiyi münasibətlə qarşılaşıb.
Məlumata görə, cangüdəni ilə məkanın qapısında dayanan Nüsrəti mühafizəçilər itələyə-itələyə qovublar. Bu zaman cangüdənimüdaxilə etməyə çalışsa da, onu da ityələyib qaıdan uzaqlaşdırıblar.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının finalında İtaliyanın "İnter" komandasına tarixi dərs verib - 5:0
Fərid ASLAN
MİA.AZ