Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Mia.az xəbər verir ki, komandamız final görüşündə Macarıstanla üz-üzə gəlib. 

Yığmamız rəqibini 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Minifutbol üzrə DÇ

Final

Azərbaycan - Macarıstan 4:2