Laçın rayonunun Bəylik kəndinə respublikanın müxtəlif ərazilərindən növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə 38 ailədən ibarət  153 nəfər Qaradağ rayonundan yola salınıb.

Məlumat üçün bildirək ki, ailələrin hər biri dövlət tərəfindən pulsuz evlə təmin olunublar.