Ağdərə rayonunda minaya düşən şəxsin ayağı kəsiləcək.
Mia.az xəbər verir ki, bu gün saat 20:30 radələrində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bildirilib ki, sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq: "Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”
Ağdərə rayonunda 47 yaşlı mülki şəxs minaya düşüb.
Mia.az xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.