Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa açıqlama verib.
O bildirib ki, bu qərar böhrandan tükənmiş Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək: "Biz Suriyada sülh və sabitliyin təmini üçün tədbirlər paketi hazırlamaq üçün G7 ölkələri və digər beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcəyik"
O da əlavə olunub ki, hazırkı məqamda Suriyanın aktivləri dondurulmuş 4 bankı qara siyahıdan çıxarılıb.
Tahir Şəlvəli
MİA.AZ