ABŞ-la Çin arasında tarif mübahisələri üzrə danışıqlar dalana dirənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Maliyyə naziri Scott Bessent "Fox News"a müsahibəsində deyib.
O bildirib ki, bu səbəbdən Prezident Donald Tramp və Çin dövlət başçısı arasında telefon danışığı mümkündür
Bessent bildirib ki, bir neçə həftə ərzində Çinlə danışıqlar aparılacaq: "Hesab edirəm, danışıqların mürəkkəbliyini nəzərə alınaraq, ölkə başçıları bir araya gələcək. Onlar bir-birini ölçüb-biçməlidir. Onlar arasında münasbətlər çox yaxşıdır. Onlar ortaq məxrəəcə gələ bilərlər"
Samir MUSAYEV
MİA.AZ