İsrail ordusu Qəzza zolağının şiddətli hücumlar etdiyi şimaldakı fələstinlilərdən təcili yaşadıqları evlərindən anklavın qərbinə doğru köçməyi tələb edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial media platformasındakı rəsmi səhifəsində xəbərdarlıq paylaşıb.
O, Qəzza zolağının şimalındakı iki şəhərin 5 məhəlləsində yeni əməliyyata hazırlıq getdiyini bildirib: "İsrail ordusu əl-Atatira, Cibaliya əl-Balad, əş-Şucayya, əd-Derec və əl-Zeytun məhəllələrində əməliyyatı dərinləşdiriəcək. Bu səbəbdən orada yaşayan fəstinlilərə dərhal bu əraziləri boşaltmağı və qərbə doğru hərəkət etməyi əmr edirik".
Xəbərdə deyilir ki, İsrail ordusu bundan əvvəl Qəzzanı daimi olaraq işğal etmək üçün "Gideon Arabaları" adlı qurudan hücuma başladığını elan edib.
Zülfiyyə Mustafayeva
MİA.AZ